"Sevilya" Azərbaycanda -VİDEO
Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"ın qonağı "Sevilya" Bakıya gəlib.
Sportfm.az xəbər verir ki, əndəlüsiyalılar 6 saatlıq uçuşdan sonra Azərbaycana çatıb. Klubun sosial şəbəkə hesabı bununla bağlı video paylaşıb: "Sevilya"nın Azərbaycan torpağında ilk dəqiqələri. Gecən xeyir, Bakı!"
Klub prezidenti Xose Kastro, vitse-prezident Qabriel Ramos, baş direktorlar Ramon Monçi və Xose Mariya Krus, onların müavini Xessus Arroyo, müşavirləri Luis Kastro, Andres Blaskes və Xose Mariya Mansano da Bakıya gəlib.
Komandanın hücumçusu Nolito zədəli olduğu üçün gətirilməyib. İştirak ərizəsinə daxil edilməyən Lukas Okampos Bakıya gəlsə də, cəzalı durumda olduğu üçün meydana çıxmayacaq.
Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.
Oxşar xəbərlər
"Sevilya"nın yeni prezidenti müəyyənləşdi
APOEL artıq Bakıda - FOTO
Tahir Gözəl "Sevilya"nın prezidenti ilə görüşdü - FOTO
"Sevilya" Bakıya 23 futbolçu gətirir - SİYAHI
"Qarabağ" - "Sevilya" matçının biletləri satışda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası