reklam
Etibar Tarıverdiyevin cəzası ikiqat azaldıldı
Sportfm.az xəbər saytı

Etibar Tarıverdiyevin cəzası ikiqat azaldıldı


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib.

Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 11 may 2019-cu il tarixində Premyer Liqanın III turunda “Sumqayıt”la ev oyununun 90+4-cü dəqiqəsində rəqibin baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə sanksiya ilə üzləşən “Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin cəzası ikiqat azaldılıb.

Onun AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 manatdan 8000 manata endirilib.

 

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusunun cəzası azaldıldı
AFFA Qurbanovun cəzasını azaltdı
Qurbanovun cəzası azaldıldı
AFFA Ceyhun Sultanovun cəzasını yüngülləşdirdi
AFFA-da "Sumqayıt"ın şikayətinə baxıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər