AFFA-da "Sumqayıt"ın şikayətinə baxıldı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportfm.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra “Sumqayıt” tərəfindən sabiq məşqçisi Anton Dioçenkonun cəzası ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
“Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. Ukraynalı mütəxəssisin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.
Qeyd edək ki, Dioçenko “Sumqayıt”dan ayrılıb və ölkəsinə dönüb.
Oxşar xəbərlər
AFFA "Sumqayıt"ın şikayətini təmin etdi - Qərar
AFFA "Neftçi" və "Keşlə"nin şikayətini təmin etdi
Etibar Tarıverdiyevin cəzası ikiqat azaldıldı
AFFA Ceyhun Sultanovun cəzasını yüngülləşdirdi
"Sumqayıt" klubu 8 min cərimə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası