reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın futbolçusunun cəzası azaldıldı


"Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə AFFA İntizam Komitəsinin kəsdiyi cəza yüngülləşdirilib. 

Sportfm.az xəbər verir ki, bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib. Tribunal “Qarabağ”ın müraciətini qismən təmin edib. İbrahimli “Sumqayıt”la səfər matçı zamanı rəqib futbolçuya bilərəkdən zərbə endirməsi əsas gətirilərək, 3 oyunluq diskvalifikasiya olunmuşdu. Apellyasiya Tribunalı İbrahimlinin cəzasını 2 matça endirib.

Futzal üzrə Birinci Liqada çıxış edən “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə “Baku Fans” – “Baku Fire-2” görüşündə meydan sahiblərinin oyunçusu  Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzası qüvvədə saxlanılıb.

Oxşar xəbərlər

“Sabah”ın şikayəti qismən təmin edildi - Qərar
“Neftçi”nin baş məşqçisi bağışlanmadı - Qərar
10 oyunluq cəza qüvvədə saxlanıldı
AFFA hakimi təhqir edən oyunçunu 10 oyunluq cəzalandırdı
Qurbanovun cəzası azaldıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər