reklam
Azərbaycan yığmasının hücumçusu:
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasının hücumçusu:"Biz hər gün iki məşq keçirdik"


Millimizin üzvü Rüfət Dadaşov Almaniya üçüncü bundesliqa təmsilçisi "Proyssen"in düşərgəsinə qayıdıb.

Sportfm.az xəbər verir ki, o, istirahət vaxtından bir gün əvvəl məşqlərə başlayıb.

Millimizin hücumçusu  Dortmund "Borussiya"sının ikinci komandası ilə yoxlama görüşündə (2:3) də iştirak edib. 27 yaşlı oyunçu 73-cü dəqiqədə meydana daxil olub.

R.Dadaşov millidəki çıxışı ilə bağlı bildirib: "Millidə üç uzun həftə keçirdim. Çox oynamasam da, yüklənmə çox idi. Biz hər gün iki məşq keçirdik. İstirahətdən sonra özümü yenilənmiş kimi hiss edirəm. Amma əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var. Məşqlər zamanı yükü get-gedə artıracağıq. Bundan sonra hücumda komandama kömək edə biləcəyimə ümid edirəm".

Komandanın baş məşqçisi Sven Hübşer millimiz üzvü haqda danışıb: "Rüfət oynamaq istəyirdi. Komandaya yenicə qoşulduğu üçün onu oynatmağı düşünmürdük. Ancaq  o, israr etdi. Biz də buna icazə verdik, amma meydanda çox olmadı".
Qeyd edək ki, R.Dadaşov Avro-2020-nin seçmə mərhələsində bu ay keçirilən Macarıstan və Slovakiya ilə oyunlar üçün millimizə çağırılmışdı.(qol.az)

Oxşar xəbərlər

"Azərbaycana səfər etmək həmişə bir təcrübədir" Rüfət Dadaşov
Berti Foqts millimizin hücumçusu barədə danışdı:"Qol duyumu yaxşıdır"
"Azərbaycan millisində bütün futbolçular rusca danışır" - Rüfət Dadaşov
"Xal itirməyimiz bizi üzdü" - Rüfət Dadaşov
Dadaşov yeni komandası ilə məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər