reklam
Sportfm.az xəbər saytı

"Biliç oyundan dərhal sonra məni təbrik etdi" -Nikola Yurçeviç


Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı 24sata.hr saytına açıqlama verib. 

Sportfm.az xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçulardan razı qaldığını deyib:

"Futbolçularımızın hamısı meydanda ən yaxşı idi. Xorvatiya kimi komandaya yalnız bu yolla qol vurmaq olar. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Əminəm ki, onlar vəziyyəti dramatik hala salmadan final mərhələsinə vəsiqə əldə edəcəklər”. 

52 yaşlı mütəxəssis 11-ci dəqiqədə Azərbaycan millisinin qapısına təyin edilən penalti epizodu barədə danışıb: 

“Mənə elə gəldi ki, penalti deyil. Komandamızın meneceri dərhal telefonunda həmin epizodun videogörüntüsünü göstərdi və bundan sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim". 

Yurçeviç bildirib ki, oyundan sonra rəqib komandanın baş məşqçisi Zlatko Daliç onunla görüşməsə də, uzun illər birgə çalışdığı Zlaven Biliçdən təbrik mesajı aldığını deyib: "Oyundan dərhal sonra Slaven Biliç zəng vuraraq, göstərdiyimiz oyundan şad olduğunu bildirdi və bir dost kimi məni təbrik etdi".

Oxşar xəbərlər

"Sanki hər şey bizə qarşı idi" - Qurban Qurbanov
"Oyunla bağlı danışılası söz yoxdur" - Füzuli Məmmədov
Vaqif Sadıqov: "Yurçeviçlə davam etsək, ..."
"Yurçeviçlə bağlı indi fikir yürütmək düz olmaz" - Yunis Hüseynov
"Qəbələ"nin futbolçusu: "Həyatım boyu bunun üçün çalışmışdım" - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər