Aleksandr Səmədov debüt etdi -FOTO
Mövsümün sonunda peşəkar karyerasını başa vuran Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov həvəskarlar Liqasında debüt edib.
Sportfm.az xəbər verir ki, 35 yaşlı futbolçu "Znamya" klubunun heyətində ilk oyununa çıxıb. Moskva çempionatı çərçivəsində keçirilən matça maraq böyük olub. Səmədovu izləmək üçün 4000 azarkeş stadiona gəlib.
Noqonsk bölgəsini təmsil edən komandada həmyerlimizlə yanaşı tanınmış rusiyalı futbolçular Roman Pavlyuçenko, Renat Yanbayev və Aleksandr Şeşukov da çıxış edir.
"Spartak"la Rusiya çempionu olan Səmədov "Znamya"nın heyətində "Vityaz" klubu ilə oyunda debüt edib. Onun debütü uğurlu alınıb. Belə ki, 35 yaşlı futbolçunun komandası bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
"Znamya" Moskva A Liqasında 16-cı qələbəsini qazanıb və turnir cədvəlində ikinci yerdədir.







Oxşar xəbərlər
Səmədov karyerasını bərpa etdi - İlk rəsmi oyununa çıxdı
Millidə çıxış etmiş azərbaycanlı futbolçu karyerasını bitirdi - FOTO
Aleksandr Səmədov peşəkar karyerasını bitirəcək
Aleksandr Səmədov Premyer Liqa klubuna transfer olur!
"Spartak" Səmədovla yollarını ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası