reklam
Səmədov karyerasını bərpa etdi -
Sportfm.az xəbər saytı

Səmədov karyerasını bərpa etdi -İlk rəsmi oyununa çıxdı


Rusiya millisinin və Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib.

Sportfm.az xəbər verir ki, ötən ilin avqustunda futbola qayıdan və yerli "Znamya" klubu ilə müqavilə bağlayan əslən azərbaycanlı yarımmüdafiəçi dünən ilk rəsmi oyununa çıxıb.

36 yaşlı veteran Rusiya Kubokunun 1/256 final mərhələsinin "Znamya Truda" ilə matçında forma geyinib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Aleksandr Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib.

 

Oxşar xəbərlər

Səmədov ruslara da lazım deyil - Qovuldu
Azərbaycanlı futbolçu idman direktoru olacaq
Millidə çıxış etmiş azərbaycanlı futbolçu karyerasını bitirdi - FOTO
Aleksandr Səmədov peşəkar karyerasını bitirəcək
Aleksandr Səmədov karyerasını başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər