Zaur Axundov məşqçilərə qadağa qoydu -ÖZƏL
"Keşlə"də klubdaxili toplantı keçirilib. Sportfm.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, iclasda klubun Müşahidə Şurasının sədri Zaur Axundov, "Keşlə"nin futbol akademiyasının texniki heyəti və məşqçiləri də iştirak ediblər. Yığıncaqda futbol akademiyasının durumu ilə bağlı danışan Axundov "Keşlə"nin aşağı yaş qrupları üzrə komandalarının yeni mövsümdə qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməsi üçün klub rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını qeyd etməklə yanaşı, hansısa çatışmazlığın da dərhal aradan qaldırılacağını ifadə edib. Klub rəhbəri bundan sonra "Keşlə"də çalışan məşqçilərin özəl futbol klublarında və fərdi qruplarda çalışmasını qadağan edib. Müşahidə Şurasının sədri əks təqdirdə həmin mütəxəssislərlə yolların ayrılacağını bildirib. Zaur Axundov çalışdırıcılara bütün diqqəti komandada uşaqların yetişdirilməsinə verməyi tövsiyə edib. Toplantıda məşqçilərə və texniki işçilərə söz verilərək, cavabdeh olduqları sahə ilə bağlı rəy və təkliflər dinlənilib.
Qeyd edək ki, son illər Premyer Liqa təmsilçilərinin aşağı yaş qrupları üzrə komandalarında çalışan məşqçilərin özəl klublarda və fərdi qruplarda işləməsi dəb halını alıb.
Oxşar xəbərlər
Futbol Federasiyasının yeni prezidenti Axundov oldu - FOTO
"Hücumçuya ehtiyacımız var" - Sənan Qurbanov
Tərlan Əhmədov da aksiyaya qoşuldu - VİDEO
Zaur Axundov: "Mövqeyim heç bir halda dəyişə bilməz"
Zaur Axundov nəyə ümid bəsləyir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR














Misli Premyer Liqası