reklam
Sportfm.az xəbər saytı

"Telekom"dan qələbə, "Azərreyl" "Lokomotiv"ə şans vermədi


 
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına start verilib. Sportfm.az saytının məlumatına görə, 212 günlük fasilədən sonra başlayan ölkə çempionatının açılış matçında "Telekom” – "Azəryol”la üz-üzə gəlib. Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favorit olsalar da, "Azəryol” rəqibinə ciddi müqavimət göstərib. "Yolçəkənlər" ilk setdə qalib gəliblər. Sonrakı iki hissəni "Telekom" asanlıqla qazansa da, həlledici mərhələdə əsl mübarizə gedib - 26:24. Bununla da "rabitəçilər" çempionata qələbə ilə start verib - 3:1. 
Günün digər matçında isə son çempion "Azərreyl” "Lokomotiv”lə mübarizə aparıb. "Dəmiryolçular”ın mübarizəsində Famil Ağayevin komandası rəqibinə şans verməyib - 3:0. Setlərdəki hesablar da acınacaqlı olub - 25:14, 25:10 və 25:8.
 
I tur
8 noyabr
"Azərreyl” – "Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)
 
"Telekom” – "Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
 

Oxşar xəbərlər

“Azərreyl” qızıl medallara bir addım da yaxınlaşa bilər
"Azəryol" və "Telekom" qələbə qazandı
"Telekom" qələbə qazandı
"Telekom"dan asan, "Azərreyl"dən çətin qələbə
"Azəryol"dan asan qələbə, "Telekom"dan "comeback"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər