Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Məmmədov TFF-nin baş katibi ilə görüşdü -FOTO
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb.
Sportfm.az xəbər verir ki, Məmmədov Avro-2020 çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb. K.Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Avro-2020-nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü - FOTO
Elxan Məmmədov FA-nın prezidenti ilə görüşdü - FOTO
Elxan Məmmədov səfirlə görüşdü - FOTO
Rayan Giqqz Bakıya gəldi - FOTO
Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası