Azarkeş "Liverpul"un qapıçısına xəsarət yetirdi
"Liverpul"da itkilərin sayı artıb.
Sportfm.az xəbər verir ki, Alisson Bekerin ciddi zədə almasından sonra qapını qoruyan Adrian da sıradan çıxıb. İspaniyalı qapıçı UEFA Super Kubokunda "Çelsi" ilə keçirilən matç zamanı xəsarət alıb. "Qırmızılar" qalib gəldiyi oyundan sonra qələbəni qeyd edərkən bəzi azarkeşlər də futbolçulara qoşulub. Fanatlardan biri həmin anda Adrianın zədələnməsinə səbəb olub.
Komandanın baş məşqçisi Yurgen Klopp bu barədə açıqlamasında deyib:
"Azarkeşlərimizi sevirik. ancaq xahiş edirəm, belə şey etməsinlər. Norviçdə, İstanbuld ainsanlar meydana daxil olur, bu, heç də əyləncəli deyil. Azarkeşlərdən biri Adrianı biləyindən zədələyib. "Sauthempton"la matçda meydana çıxmaya bilər. Bu, dəlilikdir! Axı belə şey necə baş verə bilər?"
Türk azarkeşlərdən biri 32 yaşlı qapıçıya sarılmaq və onun formasını almaq üçün meydana daxil olmuşdu.
"Daily Mirror"un məlumatına görə, "Liverpul" Adrianın zədələnməsinə görə UEFA-ya şikayət məktubu yollayıb. Şikayət məktubunda matçın keçirildiyi "Vodafone Park"da təhlükəsizliyin zəif qorunduğu qeyd edilib.
Bundan əlavə, almaniyalı mütəxəssis Nəbi Keytanın da zədə səbəindən "Sauthempton"la oyunda meydana çıxmayacağını deyib.
"Sauthempton" - "Liverpul" matçı sabah Bakı vaxtı ilə 18:00-da baş tutacaq.
Oxşar xəbərlər
Klopp "Liverpul"dan gedir - Rəsmi açıqlama
"Liverpul"un futbolçusu zədələndi
Çempionluq yolunda "Liverpul"a ciddi zərbə
Rusiya klubu cəzalana bilər - İrqçi şüarlara görə
"Liverpul"un bombardiri mövsümün sonuna qədər oynamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası