Seymur Məmmədov finala çıxdı
Qırğızıstanın paytaxtı Bişkekdə bilyard üzrə dünya çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, 86 idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançısı Seymur Məmmədov finala vəsiqə qazanıb. O, yarımfinal mərhələsində Qırğızıstan idmançısı Əziz Madamirovu məğlub edərək (5:4) həlledici görüşdə oynamaq imkanı qazanıb. Dünya çempionatının final görüşündə Seymur Məmmədov rusiyalı idmançı Semen Zayçev ilə üz-üzə gələcək.
Dünya çempionatında Azərbaycanı 4 idmançı - Vasif Məmmədov, Tofik Quliyev, Seyhun Ağayev və Seymur Məmmədov təmsil edir.
Seymur Məmmədov beynəlxalq dərəcəli idman ustasıdır. Seymur ikiqat Avropa ikincisidir (2005, 2006), idmançımız 2005-ci ildə Qafqaz kubokuna sahib olub.
Oxşar xəbərlər
Bilyard Federasiyasında yeni prezident
"Sabah"ın oyunçusu üçün əlamətdar oyun
Güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
Tayboks üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşdi
"Heç kim 250 manatla ailəsini saxlaya bilməz" - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası