reklam
Məşhur futbolçuya hücum etdilər
Sportfm.az xəbər saytı

Məşhur futbolçuya hücum etdilər


"İnter”in fanatları komandanın nəticələrindən və kapitan Mauro İkardidən narazıdılar. Komanda.az xəbər verir ki, İkardinin bu yaxınlarda satışa çıxarılmış avtobioqrafik kitabı azarkeşləri qəzəbləndirib. Fanatlar hesab edirlər ki, İkardinin kitabı tamamilə yalanlardan ibarətdi. Onlar futbolçudan kapitanlıq sarğısının alınmasını tələb edirlər. "İnter”in "Kalyari”yə məğlubiyyətindən (1:2) sonra bir qrup fanat İkardiyə hücum edib. Hadisə oktyabrın 16-da, futbolçu "Kalyari” ilə oyundan sonra evinə qayıdarkən baş verib. 40-yaxın fanat onun avtomobilini mühasirəyə alaraq, futbolçuya qarşı təhqiramiz ifadələr işlədiblər.
İkardinin silahlı mühafizəçilərinin müdaxiləsindən sonra fanatları futbolçunun evinin qarşısından uzaqlaşdırmaq mümkün olub.

Oxşar xəbərlər

"Qalatasaray" İkardinin transferini açıqladı
Argentinalı iki futbolçu ilə dəyişdiriləcək
Mauro ilə bağlı qərar verildi
Öz etdiklərini inqilab adlandırdı - Açıqlama
“İstəyirsən, ayağını qıraq, futbol həyatı bitsin” - Mafiyadan maraqlı təklif

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər