• 11:22 Cümə
    20 May 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Onun qarşısına mütləq qələbə tələbi qoyublar" - Qurban Qurbanov

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah Kiprin APOEL klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablanırdı. 

Sportfm.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Vacib oyuna çıxacağıq. Diqqətli olmaylıyıq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik.

- Kipr mətbuatı yazır ki, rəqibdə baş məşqçi dəyişikliyi sizi çox narahat edir...
- Narahatlıq mütləq var. Dəyişiklik olanda, xüsusilə bu, məşqçi ilə bağlıdısa, narahatlıq olur. Çünki ilk oyundan öncə fərqli hazırlaşmışdıq, indi isə tam fərqli sistem olacaq. Oyunçular eyni olsa da. Belə hallar əvvəl də olub. Bu, həm məşqçi olaraq bizim, həm də futbolçular üçün faydası olacaq. Əvvəl də qeyd etdim ki, sabah çox düşünməli və ehtiyatlı olmalıyıq. Narahatlıq deməzdim, sadəcə, belə dəyişiklik bizə problem ola bilər. 

- İlk oyunda cərimə zərbəsi zamanı Almeydanın canlı səddin arxasında uzanması maraqlı görüntü idi...
- Belə hallar olur. Biz bilirdik ki, rəqib futbolçu belə epizodlardan yaxşı istifadə edir. Yaxın məsafədən olanda belə bir şeyin baş verməsi normaldı. Hər bir futbolçu qol buraxmamaq üçün əlindən gələn hər köməyi etməlidi. Gələcəkdə yenə belə hallar ola bilər.

- Uduzan komandaya gələn məşqçi yəqin ki, növbəti mərhələ sözü verməyib. Bu, sizin xeyrinizədi, yoxsa rəqib daha rahat olacağı üçün onlara üstünlükdü?
- Bizim fərqli fikirlər söyləməyimiz düzgün çıxmaz. Əlbəttə, yeni baş məşqçi gəlirsə, məsuliyyəti də olur. Hətta onun uğurlu nəticələri olsa belə. Eyni böyük məsuliyyət məndə də var. Yeni baş məşqçinin nə etmək istədiyi və qələbə üçün hansı variantlara əl atacağı vacibdi. Məsuliyyət bizim üçün daha çoxdu. Ancaq inanmıram ki, onun qarşısına mütləq qələbə tələbi qoyublar. Lakin qələbəyə köklənəcəklər. Hər ikimiz üçün məsuliyyət çox böyükdü. 

- Zədəlilərin durumu necədi?
- Hər şey yaxşılığa doğru gedir. Bədavi komandaya qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olmasının önəmi böyükdü. Digər futbolçularda vəziyyət normaldı. İndi 10-15 gün əvvələ nisbətən daha yaxşıyılq. Mikrodəzələr də olur. Amma həftəboyu hamı komanda ilə birgə məşq edib. 

- APOEL-in oyununda böyük dəyişikliklərin olacağı deyilir. Kipr mətbuatı yazır ki, 3-lü müdafiədən imtina edəcəklər...
- Ola bilər rəqibdə sistem dəyişikliyi olsun. İndi bunu bilmirik. Komandalarda baş məşqçi dəyişikliyi olanda daha aqressiv olurlar. Çünki futbolçular istəyir ki, ilk oyundan özlərini göstərdilər. Ancaq bu qədər dərinliyə getməli deyilik. Daha çox öz oyunumuza köklənməliyik. 

- İlk oyunun son saniyələrində buraxılan qol planlarınızı nə dərəcədə dəyişdi?
- Təcrübə göstərir ki, ilk oyundakı nəticələr heç bir komandanı arxayınlaşdırmamalıdı. Hər bir komandanın sonra kimi ümidi olur. Bəlkə də, 2:0 daha yaxşı idi. Bəzən buraxılan qol komandanın ziyanına olur, bəzən isə xeyrinə. Bilmək olmaz. Ola bilər ki, daha da ciddi olacağıq. Bu, bir daha göstərdi ki, futbol son saniyəyə kimi oynanılır. Diqqətli olmalıyıq ki, belə vacib anlarda qapımızda qol görməyək. 

- Heyətdə dəyişikliklər olacaq?
- Səhər yenə məşqimiz olacaq. Qərarı həmin zaman verəcəyik.

- Maqaye Qaye sabah start heyətdə başlayacaq?
- Düşünürəm ki, yox. Bir qədər ideal fiziki formasından uzaqdı. Ancaq hər şey yaxşılığa doğru gedir. Ancaq meydana çıxmaq ehtimalı böyükdü. 

- Mahir Emreli ilk oyunda qol vurdu. Bu hal və transfer xəbərləri ilə bağlı onunla fərdi söhbətiniz olub?
- Daim futbolçularla fərdi söhbət edirik. Düzdü, biri 2, digəri 5 ildən sonra böyüyür. İstər-istəməz hər futbolçunun yaxşı oyunundan sonra söhbətimiz olur ki, bunu davam etdirsin. Bir futbolçu yaxşı çıxış edirsə, rəqib futbolçular da ona daha çox diqqət edirlər. Ona görə də futbolçunun ilk düşüncəsi cavab oyununda daha yaxşı oynamaq olmalıdı. O, getdikcə böyüməyə başlayır. Daha diqqətli olmalıdı. Ancaq insan nəfsi fərqlidi, üzdə bir cür görünə bilər, daxildə isə başqa cür fikirləşməsi mümkündü. İnanıram ki, sabah daha aktiv olacaq.

скачать dle 10.4 UTF-8Forex для начинающих

12-08-2019
594
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-11-2020
"Avroliqa oyunlarında psixoloji problem olur" - Qurban Qurbanov
26-08-2020
Qurban Qurbanov qələbəni şərh etdi -
Qurban Qurbanov qələbəni şərh etdi - "Azarkeşlər olsaydı, hücumlarımız daha effektiv ola bilərdi"
25-08-2020
"Futbolçudan əvvəlki performansını tələb edə bilmərik" - Qurban Qurbanov
1-08-2020
"Bir oyunluq mərhələ penaltilər seriyasına bənzəyir" - Qurban Qurbanov
28-08-2019
"Çətinlik olub-olmayacağını bilmirəm" - Qurban Qurbanov
31-07-2019
Roberto Bordin:
Roberto Bordin: "Oyunçularıma inamım böyükdü"
30-07-2019
"Rəqibin qarşısını almaq da vacibdir" - Qurban Qurbanov
16-07-2019
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dərinə getməyə ehtiyac yoxdu"
16-11-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bunu düşünmək durumunda deyilik"
28-10-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur.
14-10-2018
Qurban Qurbanov:
Qurban Qurbanov:"Mahir oyundan sonra ağlayırdı"
31-07-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avtobus qurma dəb halına düşüb"
17-07-2018
“Almeydanın gedəcəyini təxmin edirdim” –
“Almeydanın gedəcəyini təxmin edirdim” – Qurban Qurbanov
4-12-2017
Qurban Qurbanov: Bilmirəm siz hansı turnirin Bakıda keçirilməsini istəyirsiniz?
Qurban Qurbanov: Bilmirəm siz hansı turnirin Bakıda keçirilməsini istəyirsiniz?
17-10-2017
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
  Xəbər lenti
Məşhur məşqçi azarkeşi döydü - VİDEO 20.05.2022, 11:15
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 20.05.2022, 10:41
Namiq Ələsgərov PSJ-nin futbolçusu ilə bir komandada oynayacaq 20.05.2022, 09:11
Ölkə güləşində yenilik 20.05.2022, 09:01
“Çelsi” doğma meydanda xal itirdi - Premyer Liqa 20.05.2022, 08:46
Azərbaycan millisi Litvaya qalib gəldi - Yoldaşlıq görüşü 20.05.2022, 08:42
Almaniya yığmasının heyəti açıqlandı - Millətlər Liqası 19.05.2022, 22:41
Yığmamızda serbiyalı baş məşqçi - Müəyyən şərtlərlə 19.05.2022, 21:30
Millinin üzvü "Borussiya"da - Tibbi müayinədən keçdi 19.05.2022, 21:24
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 66
2 Neftçi 27 50
3 Zirə 27 46
4 Qəbələ 27 44
5 Sabah 27 40
6 Şamaxı 27 21
7 Sumqayıt  27 19
8 Səbail 27 15
Ətraflı
4-05-2022
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
28-04-2022
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
16-05-2022
Futbolda hazırlıq dövrü, aerob davamiyyət hazırlığı
Futbolda hazırlıq dövrü, aerob davamiyyət hazırlığı
30-04-2022
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
25-04-2022
Romario və Ronaldinyo Azərbaycana gələcək? -
Romario və Ronaldinyo Azərbaycana gələcək? - Dəvət
10-05-2022
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti
29-04-2022
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO
12-05-2022
14 saatlıq uçuş zamanı ancaq bir şeyi düşünürdüm  –
14 saatlıq uçuş zamanı ancaq bir şeyi düşünürdüm – Latın Amerikası ölkəsinə tez varmaq
17-05-2022
Romario səfir olacaq -
Romario səfir olacaq - Azərbaycanlı prezident onun razılığını alıb
4-05-2022
"Bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacam" - Dünyaca məşhur ulduz
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb