reklam
Ramos:
Sportfm.az xəbər saytı

Ramos:"Mahir Emreli hər kəsin komandada görmək istədiyi gənc oyunçudur"


İspaniya Sequnda təmsilçisi "Estremadura" klubunun idman direktoru Daniel Lopes Ramos "Qarabağ"ın hücumçusu Mahir Emrelinin transferiylə bağlı açıqlama verib. 

Sportfm.az xəbər verir ki, 42 yaşlı futbol funksioneri səbirli olmalarını bildirib: 

"Mahir Emreli klub rəsmiləri, rəhbərlik və məşqçilər korpusu kimi, hər kəsin komandada görmək istədiyi gənc oyunçudur. Ancaq burada həssas məsələ var, o, klubu ilə ÇL-də oynayır. Danışıqlarda əsas iştirakçı olduğumuzu bilirik, bir az səbirli olmalıyıq". 

Daha öncə İspaniya mətbuatında belə xəbər yayılmışdı ki, əgər "Qarabağ" Çempionlar Liqasında çıxışını başa vursa, Mahir İspaniyaya yollanacaq. 

22 yaşlı futbolçu ilə "Malaqa" və "Almeriya"nın da maraqlandığı iddia edilir.

 

Oxşar xəbərlər

"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
Mahirin "Estremadura"ya transferi alınmadı
Mahirin transferində son mərhələ
"Trabzonspor" Mahir Emrelini transfer etmək istəyir
Mahir Emrelini hansı klublar transfer etmək istəyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər