reklam
Katalin Tira:
Sportfm.az xəbər saytı

Katalin Tira: "İnanıram ki, qalib gələcəyik"


"Neftçi” Topaz Premyer Liqasının VIII turu çərçivəsində qarşılaşacağı "Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Hazırlıq prosesindən sonra klubun hücumçusu Katalin Tira Neftçi TV-yə açıqlama verib: "Keçən mövsüm "Neftçi”də olmasam da, xəbərim var ki, "Zirə”ni məğlub edə bilməmişik. Bununla belə, oyuna çox yaxşı hazırlaşmışıq. Həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq. İnanıram ki, qalib gələcəyik və hamımız bu qələbəyə sevinəcəyik”.
Xatırladaq ki, "Zirə” – "Neftçi” oyunu oktyabrın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və saat 18:30-da başlanacaq.

Oxşar xəbərlər

"Neftçi" İsmət Qayıbov adına stadionda
"Neftçi" "İnter Arena"da!
Katalin Tira "Neftçi"dən qovuldu
"Neftçi" Katalin Tira ilə bağlı qərarını açıqladı
"Neftçi" "Rəvan"la bacarmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər