""Ekstremadura" və "Malaga" arasında seçim etsəm..." -Mahir Emreli
Hazırda "Qarabağ"ın futbolçusuyam və bu klubun uğurları üçün çalışıram.
Sportfm.az xəbər verir ki, bu fikirləri İspaniyanın bəzi klublarının diqqət mərkəzində olan "Qarabağ"ın futbolçusu Mahir Emreli söyləyib.
22 yaşlı hücumçu bildirib ki, hər bir oyunçu kimi legioner həyatı yaşamaq istəyir: "Bu barədə mənim menecerimlə əlaqə saxlasanız, daha doğru olar. İspaniya ikinci liqası olmasına baxmayaraq burada köklü klublar var. Həm də səviyyə baxımından bizim çempionatdan üstündür. "Extremadura" və "Malaga" arasında seçim etsəm, deyə bilərəm ki, "Malaga" daha tanınmışdır. Ancaq mən sonda oynaya biləcəyim klubu seçərdim. Orada oynamasam, milli komandaya fayda verə bilmərəm. Bütün bunlar mənim verəcəyim qərar deyil. Belə bir şey varsa, ilk olaraq Qurban Qurbanov, köməkçi məşqçilər və Rəşad Sadıqovla məsləhətləşərəm".
Qeyd edək ki, Mahir Emreli ilə İspaniyanın "Extremadura" və "Malaga" klubları maraqlanır.
Oxşar xəbərlər
"Azarkeşləri səbrsizliklə gözləyirəm" - Mahir Emreli
"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
“İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım” – Qurban Qurbanov
Ramos: "Mahir Emreli hər kəsin komandada görmək istədiyi gənc oyunçudur"
Baş məşqçi Çindən İspaniyaya köçdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası