"Qarabağ"ı izləyəcəklər -APOEL-in baş məşqçisi
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi APOEL-in baş məşqçisi Paulo Trametsani Bakıdadır.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Nektaris Petevinos məlumat verib. Onun sözlərinə görə, italiyalı mütəxəssis "Qarabağ" - "Dundalk" oyununu canlı izləmək üçün paytaxtımıza gəlib:
"Məşqçi komandalar arasında cavab oyununu izləmək üçün Bakıya gedib. Bu matçın nəticəsinə əsasən növbəti mərhələdəki rəqibimiz bilinəcək".
Qeyd edək ki, APOEL 3-cü təsnifat mərhələsindəki ilk oyununu avqustun 6-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Kiprlilərin növbəti raunddakı rəqibi "Qarabağ" - "Dundalk" cütünün qalibi olacaq. Komandalar arasında Dublində keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması isə bu gün olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.(qol.az)
Oxşar xəbərlər
"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi məlum oldu
Bu gün "Qarabağ"ın potensial rəqibi müəyyənləşəcək
"Qarabağ"a görə iki oyunu təxirə saldılar
"Dundalk" Bakıya qələbə ilə gəlir
"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası