"Sabah" Zaqreb "Dinamo"su ilə əməkdaşlığa başladı -FOTOLAR
“Sabah” Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sportfm.az xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə əsasən, “Sabah” FK Xorvatiyanın ən böyük futbol məktəbi olan “Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək.
Bu əməkdaşlıq “Sabah”ın bütün aşağı yaş qruplarında çıxış edən uşaqlara, həmçinin yerli məşqçilərə böyük imkanlar verəcək. Belə ki, azərbaycanlı məşqçilər “Dinamo” Futbol Akademiyasının mütəxəssisləri ilə birgə işləyərək, öz təcrübələrini artıracaqlar. Əməkdaşlıq çərçivəsində “Dinamo” Futbol Akademiyasından “Sabah”ın Futbol Məktəbinə koordinator və məşqçilər göndəriləcək, onlar akademiyada sistemin qurulması, oyun fəlsəfəsinin aşılanmasını təmin edəcəklər.
“Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşən tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya qrupunun rəhbəri İlqar İsrafilov, “Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak edib.
Tədbirdə iştirak edən Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bunları deyib:
“Xorvatiya futbolu dünyada çox məşhurdur və “Dinamo” ilə əməkdaşlıq Azərbaycan futboluna böyük töhfədir. Həmçinin qeyd etmək istərdim ki, Azərbaycan millisinin əvvəlki və indiki baş baş məşqçisi (Robert Prosineçki və Nikola Yurçeviç) Xorvatiya yığmasının sabiq üzvləridir”.
“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov da əməkdaşlıq barədə fikirlərini bildirib. O, “Dinamo” kimi böyük tarixə malik klubla əməkdaşlığın çox xoş olduğunu bildirib:
“Dinamo” kimi böyük klubla əməkdaşlıq bizim üçün çox xoşdur. Bu əməkdaşlıq Azərbaycan və Xorvatiya arasında yüksək diplomatik əlaqələrin nəticəsidir”.
“Dinamo”nun prezidenti Mirko Barişiç isə bu anlaşmanın təkcə iki klub arasında yox, həmçinin iki ölkə arasında əməkdaşlığın ilk addımları olduğunu qeyd edib:
“Bu müqavilə nəinki iki klub arasında, həmçinin iki ölkə arasında əməkdaşlığın ilk addımlarıdır”.
Oxşar xəbərlər
“Sabah”dan yeni sponsorluq və əməkdaşlıq müqaviləsi
"Sabah"ın oyunçuları "Dinamo"da - FOTO
Bakı klubu sponsoru ilə davam edəcək
"Sabah"la "Dinamo" arasında imzalanan müqavilənin şərtləri açıqlandı
"Sabah"ın yeni sponsoru - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası