reklam
Türkiyəli qız Bakıda qızıl medal qazandı -
Sportfm.az xəbər saytı

Türkiyəli qız Bakıda qızıl medal qazandı -FOTO


Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 57 və 63 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yarışın finalında Türkiyə idmançısı Özlem Yıldız finalda rusiyalı Kseniya Qaliskayanı məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aytac Qardaşxanlı almaniyalı Samira Bocka məğlub olaraq bürünc medalı əldən verib. Digər bürünc medalı rumıniyalı Florentina İvaneskuya qalib gələn hollandiyalı Alekse Vaqemaker aktivinə yazdırıb.

Finalda xorvatiyalı Katarina Kristoya qalib gələn hollandiyalı Yoanne Van Lishut isə 63 kiloqram çəki dərəcəsində çempion adına sahib olub. Bürünc medallara ukraynalı Yuliya Kurçenko və ispaniyalı Laura Vazkes Fernandez layiq görülüblər.

Oxşar xəbərlər

“EYOF Bakı 2019”: Cüdoçumuz gümüş medal qazandı
Cüdoçumuz festivalın bürünc medalına sahib oldu
Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazandı
Alfonso Azərbaycan üçün qızıl medal qazandı
Rüstəm Orucov finalda məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər