reklam
Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazandı
Sportfm.az xəbər saytı

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazandı


İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.

Sportfm.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.

Xatırladaq ki, güləşçimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edib.

Oxşar xəbərlər

Türkiyəli qız Bakıda qızıl medal qazandı - FOTO
Cüdoçumuz festivalın bürünc medalına sahib oldu
Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirildi - FOTO
Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurdu
Azərbaycanın daha bir güləşçisi qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər