Rəcəbov Dortmund Superturnirində heç-heçə etdi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dortmundda (Almaniya) keçirilən Superturnirdə növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, beşinci turda onun rəqibi qara fiqurlarla oynayan rusiylı qrosmeyster Yan Nepomnyaşi olub.
Partiya 33-cü gedişdən sonra başa çatıb.
Həmçinin V turun digər qarşılaşmaları da heç-heçə yekunlaşıb. Hazırda beş turdan sonra turnir cədvəlinə 3,5 xal ilə amerikalı Lenyer Dominqes başçılıq edir. Rəcəbov, Rapport və Voytaşek hərəyə 3 xal ilə növbəti yerləri bölüşürlər. Nepomnyaşi, Nisipyanu və Fridmanın 2, Külaotsun isə 1,5 xalı var. Turnir iyulun 21-də başa çatacaq.
Beşinci turun partiyalarının nəticələri
Teymur Rəcəbov (Azərbaycan) – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5.
Daniel Fridman (Almaniya) — Lenyer Dominqes (ABŞ) — 0,5:0,5.
Kaydo Külaots (Estoniya) — Rixard Rapport (Macarıstan) — 0,5:0,5.
Radoslav Voytaşek (Polşa) — Liviu-Diter Nisipyanu (Almaniya) – 0,5:0,5.
Oxşar xəbərlər
Teymur Rəcəbovdan 8-ci heç-heçə - İddiaçılar Turniri
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq - İddiaçılar Turniri
Rəcəbov bu gün Firuzca ilə görüşəcək - İddiaçılar Turniri
Məmmədyarov "Grand Chess Tour"da liderlə qarşılaşacaq
Rəcəbov yenə ciddi-ciddi düşünəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası