reklam
Cüdoçularımız Asiya kubokunu gümüş və bürünc medalla başa vurdu
Sportfm.az xəbər saytı

Cüdoçularımız Asiya kubokunu gümüş və bürünc medalla başa vurdu


Azərbaycan cüdoçusu Şahin Qəhrəmanov Qazaxıstanda gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, Qazaxıstanda keçirilən cüdo üzrə Asiya Açıq Kuboku yarışının son günündə də Azərbaycan millisi aktivinə bir medal yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov yalnız finalda uduzaraq gümüş medala sahib olub.

Xatırladaq ki, Aktau turnirinin ilk günündə cüdoçumuz Yaşar Nəcəfov bürünc medala layiq görülüb. Beləliklə, Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.

Oxşar xəbərlər

Cüdoçularımız Avropa kubokunu 5 medalla başa vurdu
Cüdoçularımız Avropa kubokunu 4 medalla başa vurdu
Cüdoçularımız 4 medal qazandı
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər