"Ağabala yaxşı futbolçudur, texnikası da əladır" -Rumıniyalı baş məşqçi
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabıyla məğlub edən Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssis növbəti mərhələyə yüksəlmələri barədə danışıb:
"Qalib gəlməyimiz çox vacibdir. Baxmayaraq ki, oyunun sonlarına yaxın 3 dəqiqəyə 2 qol buraxdıq. İki xırda səhv qolla nəticələndi. Ancaq xarakter göstərdik, qələbə qolunu vurduq. 26 il sonra Avropada uğur qazandıq. Çox önəmli hadisədir. Çox asan olmasa da, bunu bacardığımız üçün sevincliyəm".
45 yaşlı mütəxəssis iki oyuna 3 qol vurub, 1 assist edən "Səbail"in hücumçusu Ağabala Ramazanovla bağlı bunları deyib:
"Ağabala yaxşı futbolçudur, texnikası da əladır. Ona uğurlar arzulayıram".
Oxşar xəbərlər
"Səbail" Avropa Liqası ilə vidalaşdı
"Müdafiə olunarkən diqqətli olmalıyıq" - Korneliu Papure
"Səfərdə belə rəqiblə oynamaq çətin olacaq" - Ağabala Ramazanov
"Səbail" 2:3 "Universitatya Krayova" - VİDEO
"Azərbaycan klubu bizə qarşı yüksək motivasiyada olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası