"Azərbaycan klubu bizə qarşı yüksək motivasiyada olacaq"
"Adi komandaya deyil, Macarıstan çempionuna uduzduq. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, bu oyundan özümüz üçün müsbət məqamlar çıxara bilərik".
Sportfm.az xəbər verir ki, bunu "Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure deyib.
Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq Rumıniya təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb.
"Universitatya Krayova" Macarıstan çempionu "Ferensvaroş"a 0:4 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra klubun rəsmi saytına danışan Papure qeydə alınan nəticədən narahatlıq keçirmədiyini söyləyib.
O, Avropa Liqasındakı rəqibi də dəyərləndirib: "Səbail" çətin rəqibdi. Onların avrokubok təcrübəsi olmaya bilər. Amma Azərbaycan komandası yüksək motivasiyada olacaq".
"Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda, cavab görüşü isə bir həftə sonra Krayovada keçiriləcək.
Oxşar xəbərlər
"Krayova" - "Səbail" - 3:2 - VİDEO
"Səbail" Avropa Liqası ilə vidalaşdı
"Səbail" 2:3 "Universitatya Krayova" - VİDEO
"Səbail"in işi asanlaşdı?
"Səbail" və "Neftçi"nin rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası