Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA nümayəndəsi Bakıda
UEFA-nın Klubların Lisenziyalaşdırılması və və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. Sportfm.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb. Daha sonra Andrea Traverso, AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə "Neftçi”, "Qəbələ”, "İnter” və "Qarabağ”klublarının rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.
Andrea Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.
Oxşar xəbərlər
Klublarımız çətin durumda - Tələblər sərtləşdirilir
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər
Lisenziyalaşdırma qrupu UEFA seminarında
AFFA-da Fair Play qaydaları müzakirə olundu - FOTO
Azərbaycan klubları UEFA-da təhlil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası