reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın mətbuat konfransının vaxtı açıqlandı


Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Partizani" (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Sportfm.az xəbər verir ki, iyulun 16-da "Azersun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Partizani"nin baş məşqçisi Franko Lerda isə saat 19:45-də "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq. 

İyulun 17-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.

Oxşar xəbərlər

"Sevilya"nın baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq
"Qarabağ" - APOEL matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Qarabağ" - "Dandolk" oyununun mətbuat konfranslarının vaxtı açıqlandı
“Qarabağ” - “Şerif” matçının mətbuat konfransının vaxtı məlum oldu
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər