reklam
Sportfm.az xəbər saytı

"Sevilya"nın baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq


Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sevilya" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Sportfm.az xəbər verir ki, sentyabrın 18-i, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov  media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Sevilya"nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Oxşar xəbərlər

"Qarabağ" - APOEL matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Qarabağ" - "Dandolk" oyununun mətbuat konfranslarının vaxtı açıqlandı
“Qarabağ” - “Şerif” matçının mətbuat konfransının vaxtı məlum oldu
Əvvəl Baqa, sonra Qurbanov
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər