reklam
“Qarabağ” - “Şerif” matçının mətbuat konfransının vaxtı məlum oldu
Sportfm.az xəbər saytı

“Qarabağ” - “Şerif” matçının mətbuat konfransının vaxtı məlum oldu


Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ” - ”Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub. 

Sportfm.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov avqustun 29-da, saat 18:10-da "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Şerif”in baş məşqçisi Qoran Sabliç saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

"Qarabağ" Moldovada keçirilən ilk oyunda 0:1 hesabı ilə məğlub olub.

 

Oxşar xəbərlər

"Sevilya"nın baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq
"Qarabağ" - APOEL matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Qarabağ"ın mətbuat konfransının vaxtı açıqlandı
Əvvəl Baqa, sonra Qurbanov
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər