"Qarabağ" - APOEL matçının mətbuat konfranslarının vaxtı açıqlandı
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - APOEL qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Sportfm.az xəbər verir ki, avqustun 12-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
APOEL-in baş məşqçisi isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Oxşar xəbərlər
"Sevilya"nın baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq
"Qarabağ" - "Dandolk" oyununun mətbuat konfranslarının vaxtı açıqlandı
"Qarabağ"ın mətbuat konfransının vaxtı açıqlandı
Əvvəl Baqa, sonra Qurbanov
"Qarabağ" - "Kukesi" mətbuat konfranslarının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası