"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, tədbir iyulun 17-si “Bakcell Arena”da keçiriləcək və saat 17:30-da başlanacaq. Konfransdan sonra - saat 18:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
Həmin gün “Bakcell Arena”da “Sperantsa” klubunun baş məşqçisi Kristian Efrosun da mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.
Saat 17:00-da “Bakcell Arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi Kiprdə medianın önünə çıxacaq - Mətbuat konfransı
"Neftçi" - "Dinamo" - Mətbuat konfranslarının vaxtı
"Neftçi" - "Bney Yehuda" matçının mətbuat konfransının vaxtı bilindi
“Arsenal” – “Neftçi” matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası