reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin baş məşqçisi Kiprdə medianın önünə çıxacaq -Mətbuat konfransı


Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də keçiriləcək “Aris” – “Neftçi” oyunu öncəsi baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voyislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportfm.az xəbər verir ki, iyulun 20-də “AEK Arena”nın mətbuat zalında baş tutacaq tədbir saat 21:00-da başlayacaq .

Konfransdan sonra – saat 21:30-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda həmin gün saat 19:15-də “Aris”in baş məşqçisi Aleksey Şpilevski və qapıçısı Vana Alvesin iştirakı ilə mətbuat konfransı, 19:45-də isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Bu tədbirlərin “Neftçi” TV vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Kiprin Limassol şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq “Aris” – “Neftçi” oyununa saat 21:30-da start veriləcək.

Oxşar xəbərlər

Samir Abasov və Harramiz Suares - Mətbuat konfransı
"Neftçi" - "Dinamo" - Mətbuat konfranslarının vaxtı
“Arsenal” – “Neftçi” matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər