reklam
Kamran Ağayevin bibisi oğlu saxlanıldı -
Sportfm.az xəbər saytı

Kamran Ağayevin bibisi oğlu saxlanıldı -Narkotik satırmış!


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Sportfm.az criminal.az-a istinadən xəbər verir ki, idarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb.

Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.

Məlum olub ki, Anarın tutulmasından xəbər tutan qardaşı Samir 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyib. Polislər onu da zərərsizləşdirib. İlkin məlumata görə, Anar və Şahin Bakıya gətirilib, digər şəxslər Şabran rayon Polis Şöbəsinə təhvil verilib.

Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.

Rayon sakinlərinin verdiyi məlumata görə, tutuan şəxslər rayon ərazisində uzun müddətdir narkotik satışını həyata keçirirlər. Onlar bir neçə dəfə tutulsalar da, sonradan azadlığa çıxaraq fəaliyyətlərini davam etdiriblər.

Oxşar xəbərlər

"Topaz" kuponu əvəzinə narkotik satıldı - Bakıda hadisə
Polis Bakıda futbolçunu soyanları saxladı - 2 azyaşlı ifadə verəcək
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Mahir Emrelinin evini soyanların kimlikləri bilindi
Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər