reklam
Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi
Sportfm.az xəbər saytı

Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi


Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov həbs olunub.
Sportfm.az xəbər verir ki, E.İsmayılov oğurluqda şübhəli bilinir.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun "Audi" markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 "Audi” və 1 "Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.
Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb.
Qeyd edək ki, 42 yaşlı Əli İsmayılov boksçu karyerasını bir neçə il əvvəl başa vurub.(report.az)

Oxşar xəbərlər

Futbol oynadılar, telefonları oğurlandı - Bakı
Bakıda "Topaz"dan oğurluq edildi - Oğru yaxalandı
Polis Bakıda futbolçunu soyanları saxladı - 2 azyaşlı ifadə verəcək
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər