reklam
Dünya çempionu qarət olundu -
Sportfm.az xəbər saytı

Dünya çempionu qarət olundu -OLAY


ABŞ yığmasının heyətində dünya çempionluğunu qazanmış qadın futbolçu Elli Lonq Los-Ancelesdə qarət olunub.

Sportfm.az xəbər verir ki, hadisə otel otağında baş verib.

31 yaşlı yarımmüdafiəçinin nağd pulu, 15 min dollar məbləğində üzüyü, habelə Nyu-Yorkun fəxri açarı götürülüb. Həmin açar ona ABŞ millisi Fransada dünya çempionluğu qazandıqdan sonra təqdim olunmuşdu.

Polisdən bildirilib ki, qapının qırılma əlaməti aşkarlanmayıb. Bu səbəbdən, otel nömrəsinin qapısının oğurluq hadisəsi vaxtı açıq olduğu güman edilir. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Elli Lonq ABŞ millisində 2014-cü ildən çıxış edir. Bu komanda 2015-ci ildə Kanadada əldə etdiyi dünya çempionluğu titulunu Fransada da qoruyub. Nəticədə amerikalılar rekord sayda - dördüncü dəfə mundialın qalibi olublar. 

Oxşar xəbərlər

Futbolçu silahla hədələndi, evi qarət olundu
Serxio Ramosun evi qarət edildi
PSJ-nin qapıçısı evində qarət olundu - Hadisə
Diniyevin evi qarət edildi
Ceyhun Sultanovun evi qarət olundu - Film kimi oğurluq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər