reklam
Sportfm.az xəbər saytı

"Neftçi" ilə oyuna hazırıq" - Klub prezidenti nəyə sevinir?


"Kubok oyunu Avropa Liqası görüşünə nə qədər hazır olduğumuzu göstərdi" - bunu "Sperantsa"nn prezidenti Petru Efros deyib.

Sportfm.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova kubokunda 1/8 final mərhələsinin cavab görüşünü keçirib. 

Drokia "Sperantsa"sını ilk oyunda (6:1) olduğu kimi, cavab matçında da böyük hesabla məğlub edən (3:0) Nisporeni təmsilçisi 1/4 finala adlayıb. 

Qarşılaşmadan sonra yerli mətbuata danışan klub prezidenti komandasının "Neftçi" ilə görüşə hazır olduğunu deyib: 

"Oyuna lazım olan kimi başladıq. Futbolçular ciddiliyi əldən vermirlər. Ümumiyyətlə, ilk qolu buraxmamaq və mümkün qədər tez hesabı açmaq çox vacibdi. 

"Neftçi" ilə ev matçında start heyətində yer alacaq futbolçuları təxmin etmək olar. Azərbaycanlılarla oyuna hazırıq. Heç bir zədəlinin olmaması da sevindirici məqamdı". 

"Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək.(sportinfo)

Oxşar xəbərlər

"Neftçi" - "Sperantsa" matçının hakimləri müəyyənləşdi
"Neftçi"ni Moldovada dəstəksiz qoymayacaqlar
"Neftçi" - "Sperantsa" oyunun vaxtı açıqlandı
"Sperantsa" - "Neftçi" oyununun vaxtı açıqlandı
"Neftçi"nin şansı bizdən çox deyil" - “Sperantsa”nın prezidenti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər