Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gürcü futbolçulardan Rusiyaya etiraz -FOTO
Gürcüstan yüksək liqasının dünən və sırağagün keçirilən oyunlarına üç komanda - "Torpedo" (Kutaisi), "Rustavi" və Tbilisi "Lokomotiv"inin futbolçuları meydana antirusiya şüarları ilə çıxıblar.
Sportfm.az xəbər verir ki, komandaların formalarının üzərində "Biz Gürcüstandanıq. Rusiya bizim ölkəni işğal edib" sözləri yazılıb.
Daha sonra Gürcüstan Futbol Federasiyasının saytı "Lokomotiv"in matçından fotoları "Biz torpaqlarımızın 20 faizinin işğal olunmasını unutmuruq" sözləri ilə paylaşıb.
Xatırladaq ki, rusiyalı deputatın Gürcüstan parlamentindəki beynəlxalq tədbir zamanı bu ölkənin parlamenti sədrinin yerində oturması etirazlara səbəb olub.
Oxşar xəbərlər
“Kəpəz” daha bir gürcü oyunçu transfer etdi
Federasiya nümayəndələri ilə azarkeşlər arasında qarşıdurma - Tbilisi
Çempionatın formatı dəyişdirildi - Gürcüstanda
10 milyonluq gürcü oyunçu ən yaxşı seçildi - FOTO
İranlı azarkeşlərdən Azərbaycana xəyanət – Millət vəkili etiraz etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası