Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sabiq “Qalatasaray”lı “Arsenal”ın hədəfində
"Qalatasaray”ın sabiq futbolçusu Aleks Telles karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, hazırda "Porto”nun formasını geyinən müdafiəçiyə "Arsenal” "elçi düşüb”. London təmsilçisi 24 yaşlı "sambaçı”nı heyətinə qatmaqda israrlıdı. Öz növbəsində, "Porto” rəhbərliyi də bu keçidin baş tutmasına qarşı deyil. Ancaq bunun üçün "topçular” qarşı tərəfə 20 milyon avro ödəməlidilər. İngilislər isə bununla razılaşmırlar.
Qeyd edək ki, Telles karyerası ərzində İtaliya "İnter”inin də formasını geyinməyə imkan tapıb.
Oxşar xəbərlər
Bakı klubu "Porto"nun sabiq oyunçusunu heyətinə qatdı
“Fənərbaxça”nın İSTƏYİ
“Qalatasaray”ın sabiq üzvü karyerasını başa vurur
“Qarabağ”a tarixi qol vuran futbolçuya 2 təklif
“Milan”ın hücumçusu İngiltərə yolunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası