reklam
“Qarabağ”a tarixi qol vuran futbolçuya 2 təklif
Sportfm.az xəbər saytı

“Qarabağ”a tarixi qol vuran futbolçuya 2 təklif


Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Slovan” aparıcı futbolçularından biri ilə vidalaşa bilər. Apasport.az saytı Çexiya mətbuatına istinadən xəbər verir ki, söhbət 22 yaşlı yarımmüdafiəçi Yan Sikoradan gedir. "Qarabağ”la Bakıdakı görüşün (2:2) 11-ci saniyəsində fərqlənərək, Avroliqanın tarixində ən erkən qola imza atan Sikoranın müştəriləri artıb. Belə ki, Çexiyanın 2 klubu - "Viktoriya” və "Slaviya” onun xidmətində maraqlıdı.
"Qarabağ”ı bu il Çempionlar Liqasından kənarlaşdıran "Viktoriya” Sikoranı heyətinə qatmaqda daha israrlıdı. Plzen təmsilçisi qarşı tərəfə ilk olaraq, 35 milyon kronluq (1 milyon 295 min avro) təklif göndərib. Bu təklif qarşı tərəfi qane etməsə, "Viktoriya” rəhbərliyi məbləği yüksəltməyə hazırdı. Plzenlilər Sikoranın qarşılığında iki futbolçuları - Eqon Vuk və Mixal Dyurişi qarşı tərəfə verməyə də razıdılar.
"Slovan”la 2018-ci ilin yayına qədər müqaviləsi olan yarımmüdafiəçi ilə "Slaviya” da danışıq aparır. Bu klubun da qış "transfer pəncərəsi”ndə heyətinə qatmaq istədiyi oyunçuların siyahısına məhz Sikora başçılıq edir. Çexiya mətbuatı "Qarabağ”ın rəqibinin Sikoranı heyətində saxlaya biləcəyini inandırıcı saymır.
Qeyd edək ki, 2015-ci ildən "Slovan”ın formasını geyinən Yan Sikora bu ildən Çexiya yığmasına da dəvət alır. 

Oxşar xəbərlər

"Slovan" Ağdam klubu ilə oyuna iki itki ilə çıxacaq
Sabiq “Qalatasaray”lı “Arsenal”ın hədəfində
"Slovan" Bakıya ciddi itki ilə gəlir
“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir
“Slovan”ın məşqçisi “Qarabağ”ın oyununda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər