“Neftçi”nin şansı bizdən çox deyil” -Klub prezidenti
Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Sperantsa”nın prezidenti Petru Efros ölkəsinin mətbuatına müsahibə verib.
Sportfm.az xəbər verir ki, Moldova klubunun patronu qısa söhbətdə püşkü, rəqibi və öz komandasını dəyərləndirib..
Püşkü necə dəyərləndirirsiniz?
- Çətin səfər olacaq, uzun məsafəyə uçacağıq, ancaq mənə elə gəlir ki, avrokuboklarda asan rəqib olmur. Hər kəslə mübarizə aparmaq olar. Kimlə düşmüşüksə, onunla da oynayacağıq.
Yəqin ki, “Neftçi”nin hazırkı baş məşqçisi Roberto Bordinin əvvəllər Moldovada çalışmış olması, onlara informasiya toplamaq baxımından üstünlük olacaq…
- O, əlbəttə ki, müəyyən məlumatlar əldə edəcək. Amma gəlin bir şeyi yaddan çıxartmayaq ki, “Şerif” Bordinin rəhəbrliyi altındakı son oyununda öz meydanında “Sperantsa”ya uduzmuşdu. Həmin vaxt da komandamıza indi olduğu kimi Kristian Efros başçılıq edirdi. Bu nöqteyi-nəzərdən yanaşsaq, hər iki baş məşqçi bir-birini yaxşı tanıyırlar və dolğun informasiyalara malikdilər.
Komandanızın növbəti mərhələyə keçmək şanslarını neçə faiz dəyərləndirirsiniz?
- Onların şansı bizdən daha çox deyil. Xüsusilə də, mənim komandam güclü rəqiblərə qarşı daha yaxşı hazırlaşır. Oyunçularımız özlərini avrokuboklarda göstərmək üçün can atırdılar. Buyurun, oynayın və qələbə qazanın.
Oxşar xəbərlər
“Qarabağ”ın mərhələ keçmək ehtimalı daha realdır” - Şahin Diniyev
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
"İlk dəfə idi belə topla oynayırdım" - Emin Mahmudov
"Böyükhesablı qələbə barədə düşünmürdük" - Kamran Quliyev
"Neftçi"nin şansı bizdən çox deyil" - “Sperantsa”nın prezidenti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası