reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın futbolçusu 27 yaşında karyerasını bitirdi:"11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi"


"Sumqayıt"ın futbolçusu Nicat Qurbanov karyerasını başa vurub. 

Sportfm.az xəbər verir ki, o, 27 yaşında butsılarını mıxdan asmağa qərar verib. Qurbanov sosial şəbəkə hesabında getmək vaxtının yetişdiyini qeyd edib: 

"Heç vaxt ağlıma gəlməzdi ki yazacağım qərarı belə tez açıqlayacam. Bəzən həyat adamı öz sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəkilimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm!" 

27 yaşlı futbolçu "Neftçi"nin yetirməsidir. Nicat Qurbanov "Simurq", AZAL, "Zirə" və "Kəpəz" klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.

Oxşar xəbərlər

Qurbanov karyerasını başa vurdu - Məşqçiliyə başladı
"Səbail"in kapitanı 27 yaşında futboldan getdi - Qəribə olay
"On nömrə" karyerasını bitirdi - FOTO
"Kəpəz"in sabiq futbolçusu karyerasını bərpa etdi - FOTO
Sabiq "İnter"li karyerasını başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər