"Kəpəz"in sabiq futbolçusu karyerasını bərpa etdi -FOTO
"Sumqayıt"dan ayrıldıqdan sonra ölkə daxilində klub tapmadığı üçün karyerasını məcburiyyətdən başa vurduğunu bəyan edən Nicat Qurbanovdan yeni xəbər var.
Sportfm.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Gürcüstanda davam etdirəcək. Qurbanov II liqa təmsilçisi "Samtredia"ya transfer olub. Tərəflər 6 aylıq müqaviləyə qol çəkib.
"Samtredia" mövsümün ilk yarısını 32 xalla 3-cü yerdə başa vurub. Mövsümün ikinci yarısına avqustun 4-də start veriləcək.
Nicat "Sportal"a açıqlamasında transferiylə bağlı fikirlərini bölüşüb: "Bura gəlməyimdə mənə kömək olan azərbaycanlı agent Vaqif Heydərliyə sizin vasitənizlə bir daha təşəkkür edirəm. Həqiqətən də mənə çox kömək oldu. Bildiyiniz kimi, futbolla vidalaşmışdım, amma zəng elədi, bu məsələdə kömək etdi. İnşallah, xeyirli bir zaman keçirərəm burada. Həm özümü, həm də mənə dəstək olanları sevindirərəm".
"Neftçi"nin yetirməsi olan Nicat Qurbanov "Simurq", AZAL, "Zirə", "Kəpəz" və "Sumqayıt" klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.
Oxşar xəbərlər
Qurbanov karyerasını başa vurdu - Məşqçiliyə başladı
Gürcüstan klubunun futbolçusu "Keşlə"də - RƏSMİ
Nicat Qurbanov "Samtredia"nı tərk etdi - “Keşlə”də davam edəcək
Nicat Qurbanov Gürcüstanda qələbə qolunu vurdu
"Sumqayıt"ın futbolçusu 27 yaşında karyerasını bitirdi: "11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
Azərbaycan kubokunda hakim təyinatları















Misli Premyer Liqası