reklam
DÇ-2018: Fransa sensasiyaya imkan vermədi, Belçikadan darmadağın
Sportfm.az xəbər saytı

DÇ-2018: Fransa sensasiyaya imkan vermədi, Belçikadan darmadağın


DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında "A", "B" və "H" qruplarında növbəti oyunlar keçirilib. Sportfm.az xəbər verir ki, "A" qrupunda seçmə mərhələdəki ilk oyununda Belarusla heç-heçə edən (0:0) Fransa millisi evdə Bolqarıstanla qarşılaşıb. Seçmə mərhələyə Lüksemburq üzərində qələbəylə (4:3) start verən bolqarlar, çətin səfərdən də xalla qayıtmaq arzusunda idi. Didye Deşamın yetirmələri isə doğma azarkeşləri önündə Belarusla səfər heç-heçəsinin təsadüf olduğunu sübut etmək istəyirdi. "Xoruzlar" oyunun əvvəlində hesabda geri düşsə də, bu qolun əvəzini artıqlamasıyla çıxıb. Belə ki, sonrakı dəqiqələrdə Bolqarıstanın qapısından 4 top keçirən "üçrənglilər" sensasiyaya imkan verməyib. "B" qrupunda son Avropa çempionatının iştirakçıları - Macarıstan və İsveçrənin oyununda isə ikincilər son dəqiqə qoluyla 3 xal qazanıb. Brüsseldə isə Belçika millisi Bosniya və Herseqovinanı darmadağın edib - 4:0. 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası
7 oktyabr
"A" qrupu
Fransa - Bolqarıstan 4:1
Qol: Qameyro, 23; 59. Payet, 26. Qrizmann, 38 - Aleksandrov, 6-pen. 

Hollandiya - Belarus 4:1
Qol: Promes, 15; 31. Klaassen, 56. Yanssen, 64 - Rios, 47.

Lüksemburq - İsveç 0:1
Qol: Lustiq, 58.
Qırmızı vərəqə: Malqet, 82 (Lüksemburq).

"B" qrupu
Macarıstan - İsveçrə 2:3
Qol: Salay, 53; 71 - Seferoviç, 51. Rodriqes, 67. Stoker, 90.

Latviya - Farer adaları 0:2
Qol: Nattestad, 19. Edmundsson, 70.

Portuqaliya - Andorra 6:0
Qol: Ronaldo, 2; 4; 47; 68. Jaoao Kanselo, 44. Andre Silva, 86.
Qırmızı vərəqə: Xordi Rubio, 62. Rebes, 71 (hər ikisi Andorra). 

"H" qrupu
Belçika - Bosniya və Herseqovina 4:0
Qol: Spahiç, 26-avtoqol. Hazard, 29. Aldervayreld, 60. Lukaku, 79.

Estoniya - Cəbəllütariq 4:0
Qol: Kalt, 47; 70. Vasilyev, 52. Moşnikov, 88.

Yunanıstan - Kipr 2:0
Qol: Mitroqlu, 12. Mantalos, 42.

Oxşar xəbərlər

Seçmə mərhələnin 3-cü turu yekunlaşacaq - Avro-2024
Fransızlar son saniyədə üzüldü - DÇ-2018 seçmə mərhələsi
DÇ-2018 seçmə mərhələsi: Portuqaliya və Fransa meydana çıxır - YENİLƏNİR
"Cırtdan" Fransaya qol vurdu, Hollandiya yenildi
Portuqaliya və Belçikadan darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər