Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fransızlar son saniyədə üzüldü - DÇ-2018 seçmə mərhələsi
DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib.
Sportfm.az xəbər verir ki, A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib.
A qrupunda İsveç - Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub.
B qrupunun lideri İsveçrə Farer Adalarını, ikinci Portuqaliya isə Latviyanı məğlub edib.
H qrupunda isə Bosniya və Hersoqovina - Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə Estoniyaya iki cavabsız qol vurub.
DÇ-2018-in seçmə mərhələsi
VI tur
9 iyun
A qrupu
Belarus - Bolqarıstan - 2:1
Qollar: Sivakov, 33, Savitski, 80 - Dyakov, 90+1
Hollandiya - Lüksemburq - 5:0
Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)
İsveç - Fransa - 2:1
Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 - Jiru, 37
B qrupu
Andorra - Macarıstan - 1:0
Qol: Rebes, 26
Farer Adaları - İsveçrə - 0:2
Qollar: Caka, 36, Şakiri, 59
Latviya - Portuqaliya - 0:3
Qol: Ronaldo, 41, 63, Silva, 67
H qrupu
Bosniya və Herseqovina - Yunanıstan - 0:0
Cəbəllütariq - Kipr - 1:2
Qollar: Hernandez, 30 - Çipolina, 10 (öz qapısına), Sotiriu, 81
Estoniya - Belçika - 0:2
Qol: Mertens, 31, Şadli, 86
Oxşar xəbərlər
Hollandiya üçün məğlubiyyətə bərabər qələbə - DÇ-2018
DÇ-2018 seçmə mərhələsi: Portuqaliya və Fransa meydana çıxır - YENİLƏNİR
"Cırtdan" Fransaya qol vurdu, Hollandiya yenildi
Portuqaliya və Belçikadan darmadağın
DÇ-2018: Fransa sensasiyaya imkan vermədi, Belçikadan darmadağın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası