reklam
Dünyanın ən yaxşıları açıqlandı
Sportfm.az xəbər saytı

Dünyanın ən yaxşıları açıqlandı


Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatının ən yaxşıları açıqlanıb. 

Sportfm.az xəbər verir ki, İspaniya "Valensiya" klubunda çıxış edən Cənubi Koreya millisinin üzvü Li Kanqiin turnirin ən yaxşı futbolçusu seçilib. 

Madridin "Real" klubunun və turnirin qalibi olan Ukrayna milli komandasının qolkiperi Andrey Lunin çempionatın ən yaxşı qapıçısı seçilib. 

Yarışda 9 qol vuran Norveç millisinin üzvü Erling Haland "Qızıl buts" mükafatına sahib çıxıb. Avstriyanın "Zalsburq" klubunda çıxış edən 18 yaşlı hücumçu bütün qolları Hondurasla matçda (12:0) vurub. 

DÇ-2019-da Ukrayna çempion, Cənubi Koreya 2-ci, Ekvador 3-cü olub.

 

Oxşar xəbərlər

Avropa və Cənubi Amerikanın ən yaxşıları - SİYAHI
Andrey Şevçenko ilin məşqçisi seçildi
İspaniyalı ən yaxşı futbolçu seçildi
Ukrayna dünya çempionu oldu
Luka Modriç "Qızıl top"a layiq görüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər