reklam
Avropa və Cənubi Amerikanın ən yaxşıları -
Sportfm.az xəbər saytı

Avropa və Cənubi Amerikanın ən yaxşıları -SİYAHI


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Sportfm.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.

Madrid “Real”ının və İspaniya millisinin müdafiəçisi Serxio Ramos qitənin ən yaxşı ikinci oyunçusu elan edilib. “Bavariya”nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yeri tutub.

Cənubi Amerikada isə Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi birinci olub.

Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın “San Paulo” komandasında oynayan Daniel Alveş isə üçüncü olub.

Oxşar xəbərlər

2022-ci ilin ən yaxşı oyun qurucusu - İFFHS
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd - SİYAHI
2021-ci ilin ən yaxşı qolkiperi - FOTO
10 ilin ən güclüləri - SİYAHI
10 ilin rəmzi komandası - Messi, Ronaldo və Levandovski

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər