Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Robert Prosineçki təsdiqlədi -"Roma"dan ayrılacaq
Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki yığmanın hücumçusu Edin Cekonun "Roma"dan ayrılacağını açıqlayıb.
Sportfm.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 33 yaşlı hücumçunun İtaliyanın başqa klubuna keçəcəyini deyib:
"Cekoyla söhbət etdim. "Roma"dan ayrılacağını və başqa İtaliya klubuna keçəcəyini dedi".
İtaliya mətbuatı bosniyalı forvardın "İnter"lə anlaşdığını yazıb.
"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. O, "canavarlar"da 179 oyuna 87 qol vurub, 38 assist edib.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
Oxşar xəbərlər
Prosineçki Bakıya gələsi olmadı - Xorvat Türkiyədə çalışacaq
Robert Prosineçki Bosniya və Herseqovina millisindən getdi! - hara gedəcək?
Robert Prosineçki Bakıya qayıdacaqmı? - Son məlumat
Robert Prosineçki xəstəxanaya düşdü - FOTO
Robert Prosineçki yenidən yığma komandanı çalışdıra bilər - Bosniya və Herseqovina onu istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası