reklam
Ordu idmançılarından uğurlu çıxış
Sportfm.az xəbər saytı

Ordu idmançılarından uğurlu çıxış


Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurla çıxış ediblər.

Sportfm.az xəbər verir ki, gənclərdən ibarət komandamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərlik etdiyi komanda qonşu ölkədə 4 qızıl, 2 gümüş və 8 bürünc medal qazanıb. Turnirdə Mərkəzi Ordu İdman Klubunun təmsilçiləri də iştirak ediblər.

Yeni məşqçilər korpusunun ilk sınağında Maqsud Xasmetov (52 kq), Rəşid Həsənov (64 kq), Murad Allahverdiyev (81 kq) və Əhməd Əhmədov (91 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əli Zamanov (52 kq) və Rüfət Nəbiyev (75 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Komandamızın digər boksçularından Ruslan Qədirov, Həsənağa Fətullayev (hər ikisi 49 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Samir Nəsirov (69 kq), Həsən Osmanlı (81 kq), Akif Həsənov (81 kq) və Fuad Cəfərov (91 kq-dan yuxarı) bürünc medala sahib olublar.

Yığmamız bu nəticə ilə turnirdə komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, yarışda ev sahibləri 2 komanda ilə mübarizə aparıblar. Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan milliləri ən güclü idmançılarla turnirdə çıxış ediblər.

Oxşar xəbərlər

Yığmamız birinci yeri tutdu - Beynəlxalq turnir
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış etdi - FOTO
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı - FOTO
Boksçularımız Qomeldən 4 qızıl, 2 gümüş medalla qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər