reklam
Yığmamız birinci yeri tutdu -
Sportfm.az xəbər saytı

Yığmamız birinci yeri tutdu -Beynəlxalq turnir


Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə Azərbaycan millisi 12 medal qazanaraq, komanda hesabında birinci yeri tutub.

Sportfm.az xəbər verir ki, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışı yığma 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub.

Komandanın heyətində 48 kq çəki dərəcəsində mübarizə aparan Həsən Məlikov finalda Jenşi Ulpatova (Qırğızıstan) qalib gələrək yarışın qalibi olub. Məsud Yusifzadə (54 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə qazaxıstanlı Jandaulet Sersenbayevi məğlub edib.

75 kq çəkidə rinqə çıxan Mirşərif Kazımzadə finalda Timur Esxojinlə (Qazaxıstan) üz-üzə gəlib. Dueldən qalib ayrılan boksçu turniri birinci pillədə başa vurub. Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də təkrarlayıb. Milli üzvü həlledici qarşılaşmada kambocalı Anver Nasredinovdan üstün olub.

Yığmanın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+92 kq) isə finalda kubalı Lopes Fernando Aleiandroya gücünü göstərib. O, ikinci raundda tam üstünlüklə qalib gələrək, Karaqandada Azərbaycan himnini səsləndirib.

Onlardan fərqli, Nəbi İsgəndərov (67 kq) finalda Ruslan Madiyevə (Qazaxıstan), Rəşid Həsənov (71 kq) Bekzat Boranbayevə (Qazaxıstan) məğlub olaraq, gümüş medalla kifayətləniblər.

Bir gün öncə isə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala layiq görülüblər.

Azərbaycan millisinin birinci olduğu turnirdə Qazaxıstan ikinci, Kuba üçüncü yeri tutub.

Azərbaycanlı referi Rövşən Qədirov isə döyüşləri ən yaxşı idarə edən hakimlərdən biri kimi xüsusi mükafata layiq görülüb.

Oxşar xəbərlər

Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
Boksçularımız beynəlxalq turnirin finalında
Boksçularımız beynəlxalq turnirin yarımfinalında
Boks millimiz Qazaxıstana yollandı - Beynəlxalq turnir
Azərbaycan boksçuları beynəlxalq turnirdə birinci oldu - 10 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər